Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

«Azərbaycan sosial sahəyə qoyulan vəsaitləri artıracaq»


Prezident Şamaxıdan sonra Oğuz və Qəbələyə də baş çəkəcək

Prezident Şamaxıdan sonra Oğuz və Qəbələyə də baş çəkəcək

Martın 1-də prezident İlham Əliyev Şamaxıda müalicə-diaqnostika mərkəzinin təməlqoyma mərasimindəki çıxışında belə deyib.


Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi nəticəsində Azərbaycanın maliyyə imkanlarının artdığını və neft gəlirlərindən ölkənin sosial-iqtisadi inkişafı üçün istifadə ediləcəyini vurğulayıb: «Son üç ildə Azərbaycanın bütün regionlarını əhatə edən bir çox işlər görülüb. Əgər hər bir rayon iqtisadi baxımdan güclü olsa, bu ölkənin ümumi inkişafına təsir edəcək və bunun üçün bütün imkanlar mövcuddur».


Müalicə-diaqnostika mərkəzinin tikintisi və avadanlıqların alımnmasına Azərbaycan Dövlət Neft Şirkəti 5 milyon manat ayırıb. Xəstəxananın açılışı bir ildən sonra planlaşdırılıb.


İlham Əliyev Şamaxıda tikintisi may ayına planlaşdırılmış məişət avadanlıqları zavodunun tikintisinin gedişi ilə də tanış olub. Zavodda 1500 nəfər işləyəcək. Müəssisə üçün avadanlıq Yaponiya, Tailand, İtaliya və ABŞ-dan gətirilib.


Səfər çərçivəsində prezident Oğuz və Qəbələyə də baş çəkəcək. Oğuz rayonunda prezident «Oğuz-Qəbələ-Bakı» su kəmərinin təməl qoyma mərasimində iştirak edəcək. Qəbələ rayonunda isə bir neçə zavodun, həmçinin Zərifə Əliyeva adına parkın açılışına qatılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG