Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:01

«Gündəlik Azərbaycan» qəzetinin redaksiyası qarşısında aksiya keçirilib


Aksiya iştirakçıları Xocalı qaçqınları olduqlarını bildiriblər
Aksiya iştirakçıları Xocalı qaçqınları olduqlarını bildiriblər

Fevralın 28-də bir qrup adam «Realnıy Azərbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin redaksiyası qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılar sözügedən nəşrlərin baş redaktoru və təsisçisi Eynulla Fətullayevin ölkədən çıxarılması ilə bağlı şüarlar səsləndiriblər. Bundan başqa, redaksiyanın pəncərələri yumurta atəşinə tutulub.


«Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə, əsasən, qadın və uşaqlardan ibarət olan həmin adamlar Xocalı qaçqınları olduqlarını bildiriblər: «Aksiyaçılar piketi Eynulla Fətullayevin vaxtilə yazdığı məqalələrdən birində Xocalı faciəsinin guya azərbaycanlılar tərəfindən törədilməsilə bağlı fikirləri ilə əsaslandırıblar».


Cənab Çobanoğlu deyir ki, bu məsələ ilə bağlı Eynulla Fətullayev dəfələrlə bəyanat yayaraq, heç yerdə belə bir fikir söyləmədiyini deyib.


Şahvələd Çobanoğlu bildirir ki, Yasamal Rayonu 27-ci Polis Bölməsinə edilən müraciətdən sonra həmin adamlar aksiyanın qətnaməsini oxuyub, redaksiyadan uzaqlaşıblar.


Şef redaktorun sözlərinə görə, onlara edilən hücum və təzyiqlər əslində, sözügedən qəzetlərdə müxtəlif məmurlar haqqında yazılan məqalələrlə bağlıdır.


«Realnıy Azərbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin redaksiyası qarşısında oxşar aksiya ötən həftə də keçirilmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG