Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:06

Antarktikada 30 yeni heyvan növü tapılıb


Qlobal istiləşmə nəticəsində buzların sürətlə əriməsi məhz Antarktikada müşahidə edilir

Qlobal istiləşmə nəticəsində buzların sürətlə əriməsi məhz Antarktikada müşahidə edilir

Beynəlxalq Qütb İli proqramı çərçivəsində Antarktikaya edilən ekspedisiya zamanı azı 30 yeni dəniz heyvanı növü kəşf edilib. Beynəlxalq alimlər qrupu krinoidlərin, dəniz kirpilərinin, holoturiyaların nümunələrini, həmçinin əlvan səkkizayaqlı ilbizi aşkarlayıb. Alimlər onu «heyranedici» də adlandırırlar.


Tapıntı şelf buzunun parçalanmasından sonra açılan rayonda-Ueddel dənizində aşkarlanıb. Əvvəllər dənizin bu 10 min kvadrat kilometr dibi dəniz səthindən 100 metr dərinlikdə buz altında olub. Buzun bölünməsi alimlərin fikrincə, qlobal istiləşmə nəticəsində baş verib və bu proses ən sürətlə məhz Antarktikada müşahidə edilir.


Bir vaxtlar alimlərin yalnız buzda qazılan dəliklər vasitəsilə müşahidə etdikləri rayon hazırda əvvəllər burada yaşaya bilməyən heyvan növlərinin məskunlaşması üçün əlverişli olub. Tədqiqatçılar düşünür ki, yeni ekosistemin necə məskun ediləcəyini öyrənməklə onlar yaxın 20 ildə qlobal istiləşmə nəticəsində dəniz ekosistemlərində dəyişiklikləri daha yaxşı proqnozlaşdıra biləcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG