Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:27

Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası olub


Fevralın 28-də «Bizim Gürcüstan» qeyri-hökumət təşkilatının üzvləri Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları bildiriblər ki, gürcü tarixi abidələrinin yerləşdiyi ərazilər Gürcüstana qaytarılmalıdır. Onların Azərbaycan səfirliyinə təqdim etdiyi bəyanatda qeyd olunur ki, bu gün Azərbaycan Gürcüstanın qeyri-müəyyən xarici siyasətindən istifadə edərək öz məqsədlərinə çata bilməyəcək və milli maraqları müdafiə edən siyasi partiyalar hakimiyyətə gələndən sonra alternativ enerji daşıyıcıları yollarını axtarmaqla bərabər, Gürcüstanın tarixi torpaqlarını da geri qaytaracaqlar.


Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, təxminən bir ay əvvəl yaradılan bu təşkilatın piketində beş-altı nəfər iştirak edib. Səfirlik isə həmin təşkilatın qeyri-ciddi qurum olduğunu və özünü belə aksiyalar keçirməklə reklam etmək istəyini nəzərə alaraq hər hansı reaksiya verməyib.


XS
SM
MD
LG