Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:40

Gəncə sahibkarları daha çox vergi orqanlarından şikayətçidirlər


Gəncənin 200-ə yaxın iş adamı onların fəaliyyətinə müdaxilə edən dövlət qurumlarının adlarını çəkib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, 300-dən çox sahibkara verilən anonim sorğuda əksər iş adamları vergi orqanlarının adını göstəriblər.


Eldar Əzizov hesab edir ki, polisin sahibkarın fəaliyyətinə müdaxiləsi ötən ilki sorğunun nəticəsilə müqayisədə azalsa da, ancaq neqativ hallar yenə də mövcuddur.


Cənab Əzizov belə sorğuların ildə iki dəfə keçiriləcəyini və adı daha çox hallanan dövlət qurumlarının rəhbərlərinin cəzalandırılacağını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG