Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

Bu il Dağlıq Qarabağ münaqişəsi BMT-nin plenar iclasında müzakirə oluna bilər


Bu il Dağlıq Qarabağ münaqişəsi BMT-nin plenar iclasında müzakirə oluna bilər. Prezident Aparatı xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bunu ATƏT-in rusiyalı həmsədri Yuri Merzlyakovun Dağlıq Qarabağ münaqişəsinin BMT çərçivəsində müzakirə olunmasının mümkünsüzlüyünə cavab olaraq bildirib.


Cənab Məmmədovun sözlərinə görə, münaqişənin həllinə kömək edə biləcək hər bir müzakirə mümkündür və əlverişli məqam yaranan kimi, Moldova, Gürcüstan və Ukrayna ilə birgə Azərbaycan münaqişənin müzakirəsini BMT səviyyəsinə qaldıracaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG