Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:07

Avropalıların 87 faizi özlərini xoşbəxt hiss edirlər


Estonlar AB-nin əsas optimistləri, macarlar isə ən böyük pessimistləridir
Estonlar AB-nin əsas optimistləri, macarlar isə ən böyük pessimistləridir

Avropa Birliyinə (AB) üzv ölkələrin sakinlərinin 87 faizi özlərini xoşbəxt hiss edirlər.


2006-cı ilin noyabr-dekabr aylarında aparılan sorğunun nəticələri bunu üzə çıxarıb. Ən çox xoşbəxt insan Danimarkada (97 faiz), Hollandiyada (95 faiz) və Belçika, İrlandiya və İsveçdə yaşayır (94 faiz).


AB-yə bu ilin yanvarında qoşulan Bolqarıstanda isə insanların əksəriyyəti (55 faiz) bədbəxt olduqlarını deyirlər.


Ümumiyyətlə, AB-də özlərini ən xoşbəxt sayanlar 26 faizdir. Ən xoşbəxt insanların ən çoxu Danimarkada (rəyi soruşulanların 49 faizi), İrlandiyada (46 faiz) və Hollandiyada (43 faiz), əz azı isə Litvada (13 faiz), Estoniya və Latviyada (12 faiz) və Slovakiyada (10 faiz) yaşayır.


Sorğunun nəticələrinə əsasən, avropalılar ən çox mənzilləri və evlərindən (rəyi soruşulanların 92 faizi) məmnundurlar. Respondentlərin 87 faizi öz bəxtindən, 86 faizi həyat şəraitindən razıdır, 85 faizi isə iş yerini itirməyəcəyinə arxayındır.


Avropalılar ən az təhlükəsizlik səviyyəsindən (70 faiz), istirahət imkanlarından (60 faiz), pensiya alacaqlarına (42 faizi) və iş tapa biləcəklərinə əminlikdən (38 faizi) narazıdırlar.


Sorğu həm də milli-siyasi institutlara etimadın azlığını və Avropada siyasi laqeydliyi üzə çıxarıb.


Respondentlərin böyük əksəriyyəti səhhət, ailə, dostlar, asudə vaxt və işi vacib saysa da, yalnız 43 faiz siyasətin, 52 faiz isə dinin onlar üçün nəsə bir məna kəsb etdiyini bildiriblər.


Yalnız bələdiyyə şuralarına etimad yüksək səviyyədədir. Avropa Birliyi vətəndaşlarının 73 faizi siyasi partiyalara, 62 faizi öz milli hökumətlərinə, 61 faizi isə parlamentlərinə inanmır.


Respondentlərdən AB-yə inanıb-inanmadıqları soruşulmayıb.


Avropalıların əksəriyyəti düşünür ki, onların şəxsi durumu növbəti beş ildə ya yaxşılaşacaq (41 faiz), ya da hazırkı səviyyədə qalacaq.


Estonlar AB-nin əsas optimistləri, macarlar isə ən böyük pessimistləridir.


Sorğunu 2006-cı il noyabrın 17-dən dekabrın 19-dək «TNS Opinio&Social» təşkilatı aparıb. Ümumilikdə, 15 yaşdan yuxarı 26755 avropalı dindirilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG