Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:30

Əli İnsanov Fərhad Əliyevin məhkəməyə gəlməsini istədi


Əli İnsanovun məhkəməsinə gələn bir sıra jurnalistlər yenə də qapı arxasında qaldı

Əli İnsanovun məhkəməsinə gələn bir sıra jurnalistlər yenə də qapı arxasında qaldı

Fevralın 28-də davam edən məhkəmə prosesində keçmiş Səhiyyə naziri Əli İnsanov özünü yaxşı hiss etmədiyinə görə, səsinin hamı tərəfindən eşidilməsi üçün ona mikrofon verilməsini xahiş etdi. O, hazırda özəlləşdirmə ilə bağlı məsələnin araşdırıldığını əsas gətirib həm keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, həm də Əmlak Komitəsinin sədri Kərəm Həsənovun şahid qismində prosesə dəvət olunmasını istədi.


Təqsirləndirilən digər şəxslərin də vəkilləri hər iki vəsatətin təmin olunmasına tərəfdar çıxdılar. Dövlət ittihamçısı isə Fərhad Əliyev və Kərəm Həsənovun hazırkı mərhələdə məhkəməyə çağırılmasına ehtiyac duymadığını söylədi. Qaldırılan vəsatətləri müzakirə etmək üçün hakim fasilə elan etdi.


Fasilədən qayıdan hakimlər Əli İnsanova mikrofon verilməsi ilə bağlı vəsatəti təmin edib.


Əvvəlki prosesdən fərqli olaraq, bu dəfə məhkəmə iclasına jurnalistlər, eyni zamanda hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələri də buraxılsalar da, fasilədən sonra yenidən bir sıra media mənsublarının içəriyə daxil olmasına imkan verilməyib. «Azadlıq» və «Amerikanın Səsi» radiolarının, həmçinin «Yeni Müsavat», «Azadlıq», «Gündəlik Azərbaycan», «Ayna» və s. media orqanlarının əməkdaşlarını prosesə buraxmayıblar.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd və kütləvi iğtişaşda təqsirli bilinərək həbs edilib. Bu ilin fevral ayının 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq nazirin və Səhiyyə Nazirliyinin yüksək rütbəli on nəfər əməkdaşının məhkəməsi başlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG