Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

«Martın 1-dən qiymətlər qalxmayacaq»


Nazir deyir ki, hazırkı qiymət artımı iqtisadi cəhətdən tam əsaslandırılıb

Nazir deyir ki, hazırkı qiymət artımı iqtisadi cəhətdən tam əsaslandırılıb

«Yeni qiymət artımı ilə bağlı yayılan məlumatlar təxribat xarakterlidir. Martın 1-dən qiymətlər qalxmayacaq»-İqtisadi İnkişaf naziri Heydər Babayev belə deyir. O, Tarif Şurasına yanacağın qiymətinin artırılması ilə bağlı hər hansı təklif daxil olmadığını bildirib: «Belə təklif daxil olsa belə Tarif Şurası bunu əsassız hesab edəcək».


Fevralın 27-də keçirdiyi mətbuat konfransında cənab Babayev deyib ki, hazırkı qiymət artımı iqtisadi cəhətdən tam əsaslandırılıb.


Nazir Bakı-Sumqayıt marşrutu ilə işləyən nəqliyyat vasitələrində gediş haqqının artmasına da münasibət bildirib. Onun sözlərinə görə, onlarda hansısa sürücünün sərnişindən 35 qəpik əvəzinə 50 qəpik alması faktı yoxdur. Nazir deyib ki, əgər belə bir hal olarsa, mütləq təbir görüləcək.


XS
SM
MD
LG