Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:28

«Azərbaycan kurortları» Dövlət Proqramı haqqında sərəncam imzalanıb


Fevralın 27-də prezident İlham Əliyev «Azərbaycan kurortları» Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Sənədə əsasən, İqtisadi İnkişaf Nazirliyi və Səhiyyə Nazirliyi Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərini nəzərə almaqla «Azərbaycan kurortları» Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidirlər.


Proqram layihəsinin hazırlanması zamanı tabeçilik və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan kurortlarının inkişafına yerli sərmayə ilə yanaşı, xarici sərmayələrin cəlb olunması, həmçinin belə ərazilərdə Azərbaycan və xarici ölkə vətəndaşlarının müalicəsi və istirahəti üçün müasir standartlara cavab verən infrastrukturun formalaşdırılması məsələləri və 2007-2017-ci illərdə müalicə-istirahət ocaqlarının mərhələli inkişaf strategiyasının nəzərə alınması təmin edilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG