Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:11

Bosniya liderləri Haaqa məhkəməsinin qərarından məyusdurlar


11 il əvvəl Srebrenitsada qətlə yetirilən 505 Bosniya müsəlmanının qalıqları olan tabutlar
11 il əvvəl Srebrenitsada qətlə yetirilən 505 Bosniya müsəlmanının qalıqları olan tabutlar

Bosniyanın müsəlman və xorvat liderləri BMT Beynəlxalq Məhkəməsinin Bosniyadakı soyqırımına görə, Serbiyanın üzərindən məsuliyyəti götürən qərarından məyusdurlar. Eyni zamanda, Bosniya və Herseqovinanın Kollektiv Prezidiumunun müsəlman icmasından olan üzvü Haris Silaciç Serbiyanın kütləvi qətliamın qarşısını almamaqla beynəlxalq hüququ pozmasına dair məhkəmənin qərarını alqışlayıb.


Serbiya prezidenti Boris Tadiç isə ölkə parlamentini Srebrenitsada Bosniya müsəlmanlarının soyqırımını rəsmən pisləməyə çağırıb.


Fevralın 26-da Haaqa məhkəməsi ilk dəfə olaraq 1995-ci ildə Srebrenitsada səkkiz minədək Bosniya müsəlmanının qətlini soyqırımı kimi tanıyıb. Amma qərara alıb ki, Serbiya buna görə birbaşa məsuliyyət daşımır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG