Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:07

Bir çox jurnalistləri Əli İnsanovun məhkəməsinin ikinci hissəsinə buraxmayıblar


Fevralın 27-də sabiq Səhiyyə naziri Əli İnsanovun məhkəməsinin ikinci hissəsinə bəzi jurnalistləri buraxmayıblar. Məhkəməyə buraxılmayan jurnalistlər sırasında olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, heç bir səbəb göstərmədən «Amerikanın Səsi» radiosunun, «Gündəlik Azərbaycan», «Ayna», «Yeni Müsavat», «Azadlıq» və s. müstəqil mətbuat orqanlarının əməkdaşlarının iclas zalına keçmələrinə imkan verilməyib.


Əli İnsanovun bundan əvvəlki məhkəməsinə də bir çox jurnalistlər buraxılmamışdı. Problemlə bağlı media işçiləri Mətbuat Şurasına müraciət etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG