Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:44

Əli İnsanov: «Mənə xəyanət olub»


Əli İnsanov: «Məni susdurmaq mümkün olmayacaq»
Əli İnsanov: «Məni susdurmaq mümkün olmayacaq»

«Mən heç bir cinayətdə iştirak etməmişəm. Mənə qarşı irəli sürülən ittihamlar qondarmadır. Buna görə də məhkəmə heç nəyi sübuta yetirə bilmir».


Fevralın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri Əli İnsanov belə deyib.


Cənab İnsanov bildirib ki, ona xəyanət olub: «Uzun illər çiyin-çiyinə işlədiyim məmurlar və YAP-ı ələ keçirən qrup mənə xəyanət edib».


Sabiq nazir deyib ki, o, siyasi rəqib olduğuna görə, aradan götürülüb: «Lakin Əli İnsanovu susdurmaq mümkün olmayacaq».


Əli İnsanov həmçinin bildirib ki, evində axtarış aparan Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqlərindən ikisi ona evdə heç bir qızıl külçəsi tapılmadığını deyiblər. O, həmin müstəntiqlərin məhkəməyə gəlib ifadə vermələrini istəyib.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd və kütləvi ixtişaşda təqsirli bilinərək həbs edilib.


Bu ilin fevral ayının 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq nazirin və Səhiyyə Nazirliyinin yüksək rütbəli on nəfər əməkdaşının məhkəməsi başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG