Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:22

ABŞ rəsmisi Xocalı faciəsi qurbanlarına başsağlığı verib


«Belə hadisələrin baş verməməsi üçün Qarabağ münaqişəsi tez həll olunmalıdır»

«Belə hadisələrin baş verməməsi üçün Qarabağ münaqişəsi tez həll olunmalıdır»

«Birləşmiş Ştatlar 15 il qabaq Xocalıda baş verən faciəvi hadisələrdən təəssüflənir, mülki sakinlərə bu cür hücumları pisləyir. Biz həmin faciə qurbanlarının ailələrinə, dostlarına başsağlığı veririk»-bu fikirləri ABŞ Dövlət Departamentinin rəsmisi Şon Makkormak deyib. O, bildirib ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez sülh yoluyla həll olunmalıdır: «Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə yardım edir».


Diplomat Amerikadakı Azərbaycan Cəmiyyətinin dövlət katibi Kondoliza Raysa ünvanladığı məktubla bağlı sualı cavablandırarkən belə deyib.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edib. Şəhər işğal olunarkən 613 nəfər qətlə yetirilib. 1300 nəfərə yaxın mülki vətəndaş girov götürülüb. Onların 150 nəfərinin taleyi indi də məlum deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG