Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:45

Tehranda Xocalını anım aksiyasını gözyaşardıcı qazla dağıdıblar


Fevralın 26-da İran azərbaycanlıları Tehrandakı Ermənistan səfirliyinin qarşısında Xocalı faciəsinin il dönümü münasibəti ilə aksiya keçiriblər. «Ya Qarabağ, ya ölüm», «Azərbaycan oyaqdır, Qarabağa dayaqdır» kimi şüarlarla yanaşı aksiya iştirakçıları İranın Ermənistana silah satışını pisləyən, eləcə də İran həbsxanalarındakı azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edən plakatlar qaldırılıb.


Tehranda artıq bir neçə ildir ki, ənənəvi olaraq keçirilən aksiyanın bu il xüsusilə izdihamlı olduğu xəbər verilir. Bu ilki nümayişin qarşısını almaq üçün aksiya yerinə cəmləşdirilən polis qüvvələrinin də sayının ötən ilkinə nisbətən çox olduğu bildirilib.


Tehrandan verilən xəbərlərə görə, polis nümayişçilərin dağıdılmasında kəskin tədbirlərə əl atıb. İranı Ermənistanı dəstəkləməklə islami dəyərlərə zidd getməkdə günahlandıran nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.


Bu hadisədə bir neçə nəfərin həbs edildiyi bildirilir. Həbs olunanlar arasında Tehranlı fəal Əkbər Azad da var. Əkbər Azad əvvəllər də bir neçə dəfə həbs olunub və ötən il may ayının kütləvi aksiyalarında iştirakına görə də bir neçə ay həbsdə qalmışdı. Sözü gedən etiraz nümayişləri İranın rəsmi bir qəzetində azərbaycanlıları təhqir edən karikaturaların dərc edilməsinə etiraz olaraq bütün ölkənin bütün Azərbaycan şəhərlərində keçirilmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG