Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

Xocalı faciəsi ilə bağlı qərar və bəyanat fevralın 27-də qəbul ediləcək


Xocalı işğal olunarkən 613 nəfər qətlə yetirilib
Xocalı işğal olunarkən 613 nəfər qətlə yetirilib

Fevralın 26-da Milli Məclisdə (MM) Xocalı faciəsinin 15 illiyi ilə əlaqədar hazırlanmış qərar və bəyanat layihələri üzrə dinləmələr keçirilib. Deputatlar ümumən layihələrdən razı olsalar da, bəzi təkliflər də veriblər. Sənədlər üzərində işləyən komissiyanın rəhbəri, MM-in sədr müavini Bahar Muradova deyib ki, qərar layihəsi hadisəyə dair faktlar əsasında hazırlanıb. O, millət vəkillərini müzakirələrdə səmimi olmağa, vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməməyə çağırıb.


Milli Məclisin dünya dövlətləri parlamentlərinə və beynəlxalq təşkilatlara göndəriləcək bəyanatında Xocalı faciəsilə bağlı ətraflı məlumat verilməklə yanaşı, həmçinin bildirilir ki, bu hadisənin beynəlxalq hüquqi-siyasi qiymətinin verilməsinə, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olunacaq.


Xocalı faciəsinin 15 illiyi ilə əlaqədar hazırlanmış qərar layihəsi və bəyanat fevralın 27-də parlamentin plenar iclasında qəbul ediləcək.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edib.


Xocalı işğal olunarkən 613 nəfər qətlə yetirilib. 1300 nəfərə yaxın mülki vətəndaş girov götürülüb. Onların 150 nəfərinin taleyi indi də məlum deyil.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG