Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:17

«Əl-Qaidə» Britaniya şahzadəsini öldürməyi planlaşdırır


Şahzadə Harri yaxın həftələrdə hərbi əməliyyatlarda iştirak etmək üçün İraqa yollanacaq
Şahzadə Harri yaxın həftələrdə hərbi əməliyyatlarda iştirak etmək üçün İraqa yollanacaq

Britaniya xarici kəşfiyyatı – MI5-in rəhbəri Con Skarlett kral qoşunları tərkibində İraqa getməyə hazırlaşan şahzadə Harrini bu ölkədəki təhlükələr barədə xəbərdar edib.


«Daily Express» qəzetinin verdiyi xəbərə görə, kəşfiyyat əməliyyatı zamanı müəyyənləşdirilib ki, İraq yaraqlıları Britaniya taxt-tacına namizədlər iyerarxiyasında üçüncü olan Harrini öldürməyi planlaşdırırlar.


Qəzet yazır ki, şifraçanlar «əl-Qaidə» terror şəbəkəsinin məlumatlarını oxumağa müvəffəq olublar. Həmin məlumatlarda Harrinin terror qruplaşmasının əsas hədəfinə çevriləcəyi bildirilir.


Skarlett şahzadəni kəşfiyyatda olan informasiya ilə tanış edib, onda təhlükə barədə təsəvvür yaradıb, amma, onu səfərdən imtina etməyə inandırmaq cəhdindən çəkinib.


Böyük Britaniya kraliçası II Yelizavetanın zabit rütbəsi olan nəvəsi Britaniya mətbuatının məlumatına əsasən, artıq yaxın həftələrdə hərbi əməliyyatlarda iştirak etmək üçün İraqa yollanacaq.


Beləliklə, Harri əmisi – kraliçanın ortancıl oğlu Endryunun yolu ilə gedə bilər. 1982-ci ildə Malvin adaları üstündə Argentina ilə hərbi münaqişə zamanı Endryu vertolyotda hərbi missiyaları yerinə yetirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG