Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:22

Xocalı faciəsindən 15 il ötür


Erməni birləşmələri 366-cı alayının dəstəyi ilə Xocalıda minə yaxın adamı qətlə yetiriblər
Erməni birləşmələri 366-cı alayının dəstəyi ilə Xocalıda minə yaxın adamı qətlə yetiriblər

Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. Anım Mərasimində dövlət rəsmləri, millət vəkilləri və s. şəxslər iştirak ediblər.


Parlamentin payız sessiyasının ikinci iclasında vitse-spiker Bahar Muradovanın sədrliyi ilə Xocalı faciəsinə dair komissiya yaradılıb. Komissiya tərəfindən Xocalı faciəsinə dair bəyannamə hazırlayaraq, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara göndəriləcək.


Xocalı Xankəndi şəhərindən 14 km. şimali-şərqdə yerləşir. 1992-ci ilin faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Şəhərdə Ermənistandan və Xankəndindən ermənilər tərəfindən qovulmuş xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən deportasiya edilmiş məhsəti türkləri də məskunlaşmışdılar.


Xocalı faciəsi 1992-ci il fevralın 26-da baş verib. Erməni birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı alayının dəstəyi ilə Xocalını işğal ediblər. Həmin hadisədə 1000-ə yaxın adam qətlə yetirilib. Azərbaycan parlamenti bu vaxta kimi həmin hadisələri soyqırım kimi tanımayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG