Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Səddam Hüseynin vəkili kitab yazır


Vəkil Xəlil əl-Duleymi, 28 fevral 2006

Vəkil Xəlil əl-Duleymi, 28 fevral 2006

O, kitabında edam olunmuş keçmiş diktatorun çoxlu sirlərini açıqlayacağını vəd edir.


Hüquqşünas Xəlil əl-Duleymi kitabına Səddam Hüseynin qələmindən çıxan 200-dən çox məktub, şer və başqa əsərləri daxil etmək niyyətindədir. Müəllifin bildirdiyinə görə, toplanan material 500 səhifəlik kitaba bəs edər.


Əl-Duleymi həmçinin, Bağdadın süqutu, Səddam Hüseynin həbsi və onun məhbəsdə üçillik həyatı barədə əvvəllər məlum olmayan informasiyaları açıqlayacağına söz verir. Məlumatı Rusiyanın ITAR-TASS agentliyi yayıb.


Keçmiş İraq lideri dekabrın 30-da edam olunub, İraq məhkəməsi onu bəşəriyyətə qarşı cinayətlərə görə ölümə məhkum etmişdi.


XS
SM
MD
LG