Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:16

Hind kinosu rekord vurdu


Hind filmlərinin prokatından əldə olunan mənfəət 20 milyard dolları ötüb
Hind filmlərinin prokatından əldə olunan mənfəət 20 milyard dolları ötüb

Hindistan kinematoqrafı özünün son illərdəki rekord nailiyyətini təzələyib. Fevralın 24-də açıqlanan statistikaya əsasən, tarixində ilk dəfə olaraq Hindistan kino sənayesi təkcə bir il ərzində - 2006-cı ildə ekranlara 1091 tammetrajlı film çıxarıb. Məlumatı Rusiyanın ITAR-TASS agentliyi yayıb.


Hindistan Kino Federasiyasının katibi Supran Sen deyir ki, «artıq dördüncü ildir ki, sabit artım tendensiyası müşahidə olunur. 2003-cü ildə 842, 2004-cü ildə 900-dən çox, 2005-ci ildə isə 1042 yeni bədii film çıxıb».


Hindistan dünyada bədii filmlərin əsas istehsalçılarından biri sayılır. Hind filmlərinin prokatından əldə olunan mənfəət bu yaxınlarda 20 milyard dolları ötüb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG