Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:18

«İran nüvə dövləti olmamalıdır»


Dik Çeyni: «Bütün versiyalar açıq qalır»
Dik Çeyni: «Bütün versiyalar açıq qalır»

Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni deyib ki, Vaşinqton və onun müttəfiqləri İranın nüvə dövləti olmasına imkan verməməlidir. Dik Çeyni bunu Avstraliyanın Sidney şəhərində deyib.


Dik Çeyni bildirib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik yolla həll etməyin tərəfdarıdır. Lakin o, İrana qarşı hərbi güc işlədilməsinin mümkünlüyünü də istisna etməyib:


«Biz Avropa ictimaiyyəti, BMT ilə işləmişik ki, iranlıları niyyətlərindən daşındıraq, məsələni sülh yoluyla həll edək. Biz hələ də bunu istəyirik. Ancaq prezident deyir ki, bütün versiyalar açıq qalır » .


İran prezidenti Mahmud Əhmədinejad bundan əvvəl bir daha bəyan edib ki, Tehran nüvə proqramından əl çəkmək fikrində deyil. İran nüvə proqramının dinc məqsədli olduğunu deyir.


Beynəlxalq Atom Enerjisi Agentliyi son hesabatında bildirir ki, İran uranı zənginləşdirmə işini dayandırmayıb .


Agentliyin rəhbəri Məhəmməd əl-Baradey fevralın 23-də Vyanada BMT-nin Baş katibi Pan Qi Munla bu hesabatı müzakirə edib. Məhəmməd Əl-Baradey məsələnin danışıqlar yoluyla həllinin hələ də mümkün olduğunu qeyd edib. BMT-nin Baş katibi Pan Qi Mun isə deyib:


«Ümid edirəm ki, Şimali Koreyanın nüvə proqramı ilə bağlı baş verənlər İran hakimiyyətinə nümunə olacaq. Onlar danışıqlar yoluyla ölkənin və xalqın xoş gələcəyini necə təmin etməyi düşünməlidirlər».


Birləşmiş Ştatlar, Fransa və Britaniya istəyir ki, BMT-nin Təhlükəsizlik Şurası Tehrana sərt sanksiyalar tətbiq etsin. Almaniya, Çin, Rusiya daha mülayim mövqedədirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG