Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:37

«ABŞ İran məsələsində öz maraqlarını və müttəfiqlərini müdafiə edəcək»


«ABŞ-ın İran xalqı ilə heç bir davası yoxdur»
«ABŞ-ın İran xalqı ilə heç bir davası yoxdur»

ABŞ İran məsələsində öz maraqlarını və müttəfiqlərinin ərazi müstəqilliyini müdafiə edəcək. Bunu fevralın 23-də Amerika Təhsil Mərkəzində Azərbaycanın müxtəlif regionlarının sakinlərinin suallarını interaktiv yolla cavablandıran ABŞ səfiri Enn Dörsi İranla bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar İranın nüvə proqramı ətrafında yaranmış problemin sülh yolu ilə həllini istəyir. Və problemdən diplomatik yolla çıxmaq imkanlarını araşdırır. Əgər İran uranın zənginləşdirilməsi istiqamətində fəaliyyətini dayandırsa, ABŞ beynəlxalq ictimaiyyətlə birgə ona kömək etməyə hazırdır: «Prezident Buşun dediyi kimi, ABŞ-ın İran xalqı ilə heç bir davası yoxdur və biz öz müstəqilliyi uğrunda İran xalqı ilə gələcəkdə də əməkdaşlıq edəcəyik».


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həll olunmasında ABŞ-ın öz səylərini əsirgəməyəcəyini bildirən səfir Enn Dörsi, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə sədaqətini də ifadə edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG