Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:50

Ombudsman Aparatı Xocalı faciəsinə dair bəyanat qəbul edib


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Aparatı Xocalı faciəsinə dair bəyanat qəbul edib. Fevralın 23-də Xocalı faciəsinin 15-ci ildönümü və insan hüquqlarının müdafiəsi üzrə yeni proqramın qəbul edilməsinə dair mətbuat konfransı keçirən ombudsman Elmira Süleymanova deyib ki, bu bəyanat BMT-nin baş katibinə və Qaçqınlar üzrə Ali Komissarlığına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutuna, Asiya Ombudsmanlar Assambleyasına göndəriləcək.
Sənəddə beynəlxalq təşkilatların Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə, Xocalı faciəsini törədənlərin və onların himayədarlarının məsuliyyətə cəlb ediləcəyinə ümid bəslənir.


İnsan hüquqlarının müdafiəsi üzrə yeni fəaliyyət proqramının işlənib hazırlandığını deyən Elmira Süleymanova bildirib ki, bu proqram «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklərin edilməsini, eləcə də «Alternativ hərbi xidmət haqqında» və bəzi başqa qanun layihələrinin hazırlanmasını nəzərdə tutur.


XS
SM
MD
LG