Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:19

Qadağan olunmuş yerlərdə dayanan maşınlar hara aparılır?


Qadağan olunmuş yerdə maşın saxlayan sürücülər İnzibati Xətalar Məcəlləsinin normalarını pozurlar
Qadağan olunmuş yerdə maşın saxlayan sürücülər İnzibati Xətalar Məcəlləsinin normalarını pozurlar

«Şəffaflıq»da bu dəfə qadağan olunmuş yerlərdə dayanan maşınların hara aparılmasından, qaydaları pozduğuna görə maşın sahibindən alınan vəsaitdən və həmin vəsaitin sənədlərdə öz əksini tapıb-tapmamasından danışılır.


Bir neçə gün əvvəl iş yerinin qarşısından maşını xüsusi təxliyyə ilə Yasamal rayonu «Qurd qapısı»ndakı müvəqqəti duracağa aparılan Yəhya Mirzəyev deyir ki, problemi tez bir zamanda həll edə bilməyib. Məlum olub ki, qaydanı pozan sürücü maşınını götürmək üçün əvvəlcə yol polisindən xüsusi arayış almalıdır. Yalnız bundan sonra o, müvəqqəti duracaqdan avtomobilini götürə bilər.


Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyi və ictimai əlaqələr şöbəsinin inspektoru Kamran Əliyev isə deyir ki, qadağan olunmuş yerdə maşın saxlayan sürücülər İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinin tələblərini pozurlar: «Buna görə onlar 3 manat 30 qəpikdən tutmuş 8 manat 80 qəpiyə qədər cərimə ödəməlidirlər. Avtomobili müvəqqəti duracaqlara aparılan şəxs əlavə 20 manat ödəyir. Əgər sahibi öz avtomobilini duracaqlardan vaxtında götürə bilməzsə, onda hər gün üçün 30 qəpik dayanacaq haqqı ödəməlidir».


XS
SM
MD
LG