Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

Uşaqlara daha çox dini adlar qoyulur


Son bir ildə Bakıda doğulan qız uşaqlarının əksəriyyətinə Fatimə adı qoyulub

Son bir ildə Bakıda doğulan qız uşaqlarının əksəriyyətinə Fatimə adı qoyulub

Ötən ilin araşdırmalarına görə, yeni doğulan uşaqlara serial qəhrəmanlarının və dini şəxslərin adlarının qoyulması ənənəsi xeyli yayılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə Bakıda doğulan qız uşaqlarının əksəriyyətinə Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhranın adı - Fatimə qoyulur.


Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Daimi Komissiyasının sədri Nizami Cəfərov bunu insanların islam dinini kortəbii qavramaları ilə əlaqələndirir: «Ad qoymanı bu dərəcədə tendensiyalı etmək düzgün deyil. Çünki bizim uşaqlar yalnız Azərbaycanda qalmayacaqlar, islam dünyasına mənsub olmayacaqlar, dünyaya mənsub olacaqlar».


Dindar Hacı Mürşüd isə bu vəziyyəti normal hesab edir. Onun sözlərinə görə, dini adların geniş yayılmasına səbəb insanların islama qayıdışı ilə bağlıdır: «Peyğəmbər buyurub ki, övladlarınıza elə adlar qoyun ki, böyüyəndə xəcalət çəkməsin. Biz müsəlmanıq, əcdadlarımız müsəlmandır, dinimiz islamdır».


Dilçi ekspertlər isə hesab edirlər ki, körpəyə ad qoyanda neytrallıq olmalıdır, ideologiyaya, yaxud da hisslərə qapılaraq ad qoymaq məsləhət deyil. Onlar həm də bunu keçmişdə uşaqlara qoyulan Kolxoz, Kombayn, Sovet adları ilə eyniləşdirirlər. Dilçilər, valideynləri, onların sözüylə desək, körpələrə «normal adlar» qoymağa çağırırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG