Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Hollandiyada Xocalı faciəsinin 15-ci ildönümü yad ediləcək


Fevralın 23-də Azərbaycan parlamentinin nümayəndə heyəti Xocalı faciəsinin 15-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün Hollandiyanın Lahey şəhərinə yola düşəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə konfransda deputatlar - Musa Quliyev, Elman Məmmədov, Qənirə Paşayeva və Vidadi Məmmədov iştirak edəcək. Türkiyənin İqdır Bələdiyyəsinin təşəbbüsü təşkil olunan tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində törədilən hadisələrlə bağlı videomateriallar, tarixi sənədlər nümayiş etdiriləcək, faciənin miqyaslarından və acı nəticələrindən bəhs edən məruzələr oxunacaq,


Xocalı faciəsi 1992-ci il fevralın 26-da baş verib. Erməni birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı alayının dəstəyi ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşadığı Xocalı şəhərini işğal ediblər. Həmin hadisədə 1000-ə yaxın adam qətlə yetirilib. Azərbaycan parlamenti bu vaxta kimi həmin hadisələri soyqırım kimi tanımayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG