Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:31

İran vertolyotları Astarada əhalini təşvişə salıb


İran tərəfi vertolyotların sərhədi keçmədiyini bildirir
İran tərəfi vertolyotların sərhədi keçmədiyini bildirir

Fevralın 22-də səhər saatlarında İran hərbi hava qüvvələrinə məxsus vertolyotlar Azərbaycan hava məkanını keçərək bir müddət Astara şəhəri üzərində uçublar. Bu haqda «Azadlıq» radiosuna Astara şəhər sakini Asəm Hacıyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hərbi hava qüvvələrinə aid olmayan vertolyotların şəhər icra hakimiyyəti və başqa hökumət idarələrinin üzərindən uçuşu astaralıları təşvişə salıb.


«Camaat vahimə içində idi. Onlar İranla Azərbaycan arasında müharibənin başlanmasından qorxurdular. Çox alçaq məsafədən uçurdular. 150-200 m ancaq olardı».


İranın Azərbaycandakı səfirliyindənsə bildirirlər ki, bu uçuş əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırılıbmış. Həmin vertolyotlar hərbi qüvvələrə aid deyil və İranın əyalətində səfərdə olan prezidenti müşayiət edirmiş. Mətbuat katibi Məcid Feyzullahi bildirir ki, vertolyotlar sərhədi keçməyiblər.


Asəm Həşimli də deyir ki, vertolyotların uçuşu zamanı rəsmilərdən bunun əvvəlcədən razılaşdırlıdığını bildirənlər olub. Ancaq, Müdafiə Nazirliyi bu məlumatı təkzib edir.


Bir neçə il öncə də İran tərəf Azərbaycanın hava və su sərhədini pozmuşdu.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG