Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:16

Bill Qeyts uşaqlarına uzun müddət kompyuterdən istifadəni qadağan edib


Bİll Qeyts həyat yoldaşı ilə birlikdə uşaqlar üçün «komendant saatı» tətbiq etməyi qərarlaşdırıb
Bİll Qeyts həyat yoldaşı ilə birlikdə uşaqlar üçün «komendant saatı» tətbiq etməyi qərarlaşdırıb

«Microsoft»un banisi və adı kompyuter erasının rəmzinə çevrilən Bill Qeyts uşaqlarına lüzum olmadan kompyuterdən istifadə etməyi qadağan edib. Bu yaxınlarda Ottavada kiçik işgüzar müşavirədə Qeyts deyib ki, onun uşaqlarına iş günləri 45 dəqiqə, istirahət günləri isə 1 saat «ekran vaxtı» ayrılır. Düzdür, burada onların ev tapşırıqlarını hazırlamaq üçün tələb olunan vaxt hesaba alınmır. Bu haqda «Reuters» agentliyi məlumat yayıb.


Məlum olub ki, «Microsoft»un rəhbərinin onyaşlı böyük qızı kompyuterlə maraqlanmayıb. Amma, bütün şagirdlərin mini-kompyuterdən fasiləsiz istifadə etdiyi məktəbə keçəndən sonra o da kompyuterə məftun olub: «O, buna çox aludə olub, xüsusən çoxlu kompyuter oyunları tapıb...» Qız virtual dünyaya dalıb və hər gün bu məşğuliyyətə iki-üç saat vaxt sərf edir. Ona görə də Bill Qeyts həyat yoldaşı Belinda ilə birlikdə uşaqlar üçün «komendant saatı» tətbiq etməyi qərarlaşdırıb.


İstisna deyil ki, məhz «Microsoft»un rəhbərinin şəxsi təcrübəsi şirkətin valideynlər üçün yeni məhsul işləyib hazırlamasına əsas olub. Yeni proqram valideynlərə təkcə veb-saytlara nəzarət etmək yox, həm də uşaqlarının ICQ proqramı da daxil olmaqla bütün mümkün «messencerlər»lə məktublaşmalarını yoxlamaq imkanı verir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG