Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:10

İFES seçki komissiyaları ilə bağlı təklifləri toplayır


Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təşkilatçılığı ilə artıq iki gündür Bakıda toplantı keçirilir. ATƏT-in Bakı Ofisinin rəhbəri Luis Ansola Herrero, Avropa Şurası baş katibinin Bakıdakı təmsilçisi Denis Bribosia və ABŞ səfiri Enn Dörsinin iştirakı ilə keçirilən toplantıda fevralın 21-də iqtidarda və müxalifətdə olan partiyaların, fevralın 22-də isə seçki ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Görüşdə seçki qanunvericiliyinə əlavə və dəyişikliklər edilməsi, seçki komissiyalarının təkmilləşdirilməsi yönündə təkliflər müzakirə olunub.


İFES-in Azərbaycandakı təmsilçiliyinin rəhbəri Dan Blessinqton «Azadlıq» radiosuna bildirib ki, görüş hökumətin təşəbbüsülə keçirilir. Onun sözlərinə görə, bu, onların partiyalar və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə sonuncu görüşü deyil. Yaxın həftələrdə yenidən bir yerə yığışmağı və yeni təkliflərlə tanış olmağı planlaşdırırlar.


Cənab Blessinqton bildirir ki, toplanmış təkliflər təkmilləşdirilərək ilkin mərhələdə ictimai müzakirəyə çıxarılacaq. Daha sonra isə parlamentə təqdim olunacaq.


2005-ci il parlament seçkilərindən sonra Avropa Şurası və ATƏT Azərbaycan hökumətinə seçki qanunvericiliyini təkmilləşdirməyi, seçki komissiyalarını yenidən formalaşdırmağı tövsiyə edib. Bundan sonra hökumət bir neçə dəfə Avropa Şurası Venesiya Komissiyası ilə Seçki Məcəlləsini və ona dəyişiklikləri müzakirə edib. Tərəflərin görüşü iyuna təyin olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG