Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:59

İlham Əliyev «Barmek»i ittiham etdi


«Əfsuslar olsun ki, indiyədək bu sahəyə diqqət göstərilməyib»

«Əfsuslar olsun ki, indiyədək bu sahəyə diqqət göstərilməyib»

Azərbaycanın elektrik paylayıcı sistemini ələ alan xarici şirkət bu sahəni bərbad vəziyyətə salıb. Bunu fevralın 22-də Bakıda yeni modul tipli elektrik stansiyasının açılış mərasimində prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, elektrik sistemində xətlərin bərpasına, transformatorların dəyişdirilməsinə ehtiyac var: «Əfsuslar olsun ki, indiyədək bu sahəyə diqqət göstərilməyib. Biz bu işi yenidən qurmalıyıq. Bunun üçün böyük vəsait ayrılıb. 2007-2008-ci illərdə Azərbaycanda elektrik təchizatının yüksək səviyyəyə qaldırılması üçün fəaliyyət planı var. Onun icra olunmasına 100 milyon manat vəsait ayrılıb».


Dövlət başçısının sözlərinə görə, ölkədə əhalinin sayının artması, yeni müəssisələrin yaranması elektrik enerjisinə tələbatı artırıb.


Bakıda istifadəyə verilən modul tipli elektrik stansiyası ölkə üzrə sayca beşincidir. Bundan əvvəl Astara, Şəki, Xaçmaz və Naxçıvanda belə stansiyalar tikilib istifadəyə verilib. Abşeronun və Bakının elektrik enerjisi təchizatında məhdudiyyəti aradan qaldırmaq üçün nəzərdə tutulan bu stansiyanın inşasına 50 milyon manat vəsait sərf edilib.


XS
SM
MD
LG