Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

Bakıya 1000 «Daewoo» markalı iri həcmli avtobuslar gətiriləcək


Marşrutlar Bakının mərkəzində sərnişin çox olan yerlərdə istifadəyə veriləcək

Marşrutlar Bakının mərkəzində sərnişin çox olan yerlərdə istifadəyə veriləcək

Bakıda sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üçün şəhərə 1000 «Daewoo» markalı iri həcmli avtobuslar gətiriləcək. Fevralın 22-də bu barədə Nəqliyyat Nazirliyində Azərbaycanın Transreyt şirkəti ilə Koreyanın Daewoo şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, yaxın 6 ay ərzində 200 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub. Nəqliyyat nazirinin müavini Musa Pənahovun dediyinə görə, may ayının sonunda ilk 50 maşın gətiriləcək.


«Daewoo» markalı avtobusların 30-a yaxın oturacaq yeri var, 100-dən artıq sərnişin tutur. İlkin müqavilənin qiyməti on bir milyon dollardan artıqdır. Avtobusun biri 56-57 min dollara başa gəlib. Azərbaycan Nəqliyyat Nazirliyinin xahişi ilə avtobuslarda müəyyən dəyişikliklər də edilib. Marşrutlar Bakının mərkəzində sərnişin çox olan yerlərdə istifadəyə veriləcək.


XS
SM
MD
LG