Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40

Moskva vilayətindən bütün növ heyvan mənşəli məhsulların gətirilməsinə qoyulan qadağa qüvvəsindədir


Fevralın 22-dən «quş qripi» təhlükəsi ilə bağlı Türkiyədən və Rusiyanın Krasnodar vilayətindən heyvan mənşəli məhsulların gətirilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bu haqda «Azadlıq» radiosuna məlumat verən Dövlət Baytarlıq Xidmətinin mətbuat üzrə sözçüsü Yolçu Xanvəli deyir ki, sadəcə, quş və quş əti, eləcə də yem və yem əlavələrinə qoyulan məhdudiyyət qüvvədə saxlanılır: «Həmin bölgələrdə «quş qripi» ilə bağlı karantin götürüldüyündən qadağa da aradan qalxır. Artıq iş adamları həmin bölgədən heyvan mənşəli məhsulların-kolbasadan tutmuş xamaya, kəsmiyə, südə kimi bütün məhsulların gətirilməsinə başlaya bilərlər».


Yolçu Xanvəlinin sözlərinə görə, «quş qripi»nin tapıldığı Rusiyanın Moskva vilayətindən isə quş əti də daxil olmaqla bütün növ heyvan mənşəli məhsulların gətirilməsinə qoyulan qadağa qüvvəsindədir.


Azərbaycanda isə «quş qripi» ötən ilin fevralında tapılmış, bu xəstəlikdən 5 nəfər ölmüşdü. Dövlət Baytarlıq Xidməti bildirir ki, quşlar arasında aparılmış son monitorinqin nəticələri fevralın 24-də açıqlanmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG