Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:41

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır


Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edəcək sessiyada ATƏT regionunda enerji təhlükəsizliyi, təşkilatın öhdəliklərinə və Brüssel Bəyannaməsinə əməl edilməsi, Kütləvi İnformasiya Vasitələrinin azadlığı, iqtisadi və ətraf mühit məsələləri barədə çıxışlar dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaqdır. Qış sessiyasında Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə təmsil edən nümayəndə heyətinə parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Fəttah Heydərov və Fazil Mustafayev daxildirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG