Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:18

Əli İnsanov: «Məhkəmənin ədalətli qərar çıxaracağına inanmıram»


Keçmiş Səhiyyə naziri Əli İnsanov
Keçmiş Səhiyyə naziri Əli İnsanov

Keçmiş Səhiyyə naziri Əli İnsanovun məhkəməsində vəkillər bir sıra vəsatətlər qaldırsalar da onlar təmin olunmayıb. Əli İnsanov da buna etirazını bildirib: «Mən indiyə qədər ona qədər vəsatət vermişəm, heç biri təmin olunmayıb, ona görə də, məhkəmənin ədalətli qərar çıxaracağına inanmıram».


Keçmiş nazir və vəkili AzTV, «Lider» televiziyasında onun evində aparılan axtarışla bağlı nümayiş etdirilən kasetlərin məhkəməyə gətirilməsini xahiş etdilər. İnsanov həmçinin onun əmlakı kimi təqdim olunan obyektlərdə yoxlama aparmış vergi işçilərinin də məhkəmədə ifadə verməsini istədi. Proses davam edir.


Məhkəməyə bir çox jurnalistlər buraxılmayıb. Bununla bağlı Mətbuat Şurasına müraciət edilib. Mətbuat Şurasından İbrahim Məmmədli bildirib ki, məsələ dövlət orqanları ilə araşdırılır və jurnalistlərin məhkəməni işıqlandırılması təmin oluna bilər.


Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə keçmiş Səhiyyə naziri Əli İnsanov və nazirliyin on nəfər yüksək vəzifəli şəxsləri vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakının mənimsəməkdə və s. maddələrlə təqsirləndirilirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG