Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Əli İnsanovun məhkəməsinə bir çox jurnalistlər buraxılmayıb


Əli İnsanovun məhkəməsinə buraxılmayan bəzi jurnalistlər. 22 fevral 2007

Əli İnsanovun məhkəməsinə buraxılmayan bəzi jurnalistlər. 22 fevral 2007

Keçmiş Səhiyyə naziri Əli İnsanovun məhkəməsinə bir çox jurnalistlər buraxılmayıb. Məhkəmə zalına buraxılmayan jurnalistlər arasında olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, proses başlamamışdan əvvəl jurnalistlərdən vəsiqələr alınıb. Sonradan «Xəzri» qəzeti, «Yeni Müsavat», «Üç nöqtə», «Turan» İnformasiya Agentliyi, «Bakı-Xəbər», «Ayna», «Gündəlik Azərbaycan», «ANS-news» internet qəzetinin əməkdaşları, habelə ATƏT-in, ABŞ Demokratiyanın İnkişaf Fondunun müşahidəçi nümayəndələri içəri buraxılmayıb. Məhkəmədə monitorinq aparmalı olan hüquq-müdafiəçilərinin də zala girməsinə icazə verilməyib. Məhkəmə rəsmiləri bunu içəridə oturmaq üçün yerin olmaması ilə izah ediblər. Hüquq müdafiəçilərindən bir nəfər nümayəndə Novella Cəfəroğlu içəri daxil olduqdan sonra ötən iclasdan fərqli olaraq, bu dəfə oturacaqların yarıdan çoxunu götürüldüyün söyləyib. Əli İnsanovun hüquqlarının müdafiə komitəsinin sədri Rizvan Talıblı məhkəmə zalından bayıra çıxarılıb.


Məhkəmə rəsmləri stulların yığışdırılmasını başqa zallarda prosesinin getməsi ilə bağlı olduğunu dedilər. Hüquq müdafiəçiləri isə bu addımı məhkəməyə verilən göstəriş kimi qiymətləndirirlər.


Jurnalistlər hüquqlarının pozulması ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ediblər.


Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə keçmiş Səhiyyə naziri Əli İnsanov və nazirliyin on nəfər yüksək vəzifəli şəxsləri vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakının mənimsəməkdə və s. maddələrlə təqsirləndirilirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG