Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Hər gün dünyada 18 min uşaq aclıqdan ölür


Ac qalan uşaqların ən çoxu Hindistan və Çindədir

Ac qalan uşaqların ən çoxu Hindistan və Çindədir

BMT-nin məlumatına əsasən, hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən tələf olur. 850 milyon insan isə yarımac yaşayır.


BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru, amerikalı maliyyəçi Ceyms Morris bildirir ki, son illər bütün dünyada aclıq çəkənlərin nisbəti azalsa da (1/5-dən 1/6-na enib), əhali artımı ucbatından ac qalanların mütləq sayı hər il 5 milyon adam artır:


«850 milyon yarımac insandan yarısını uşaqlar təşkil edir. Ac qalan uşaqların ən çoxu Hindistan (100 milyondan çox) və Çindədir (40 milyon). Aclıq çəkənlərin daha 100 milyonu Asiya və Afrikanın başqa ölkələri, təxminən 30 milyonu isə Latın Amerikasındadır. 21-ci əsrdə bu rüsvayçı problemi nəhayət ki, həll etmək lazımdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG