Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:08

Böyük Britaniya İraqdan 1600 hərbçisini çıxaracaq


Hazırda İraqda 7110 Britaniya hərbçisi var

Hazırda İraqda 7110 Britaniya hərbçisi var

Böyük Britaniya İraqda öz kontingentinin sayını 1600 hərbçi azaldacaq. Bu haqda fevralın 21-də Britaniyanın Baş naziri Toni Bler məlumat verib.


Ümumilikdə, hazırda İraqda 7110 Britaniya hərbçisi var. Parlamentdə çıxışı zamanı Toni Bler bildirib ki, kontingentin böyük hissəsi 2008-ci ildə də İraqda qalacaq. Amma o, deyib ki, britaniyalılar yalnız İraqın hökumət qoşunlarının fəaliyyətini dəstəkləyərək yardımçı rol oynayacaqlar.


Cənab Blerin bildirdiyinə görə, Suriyanın İraqda vəziyyətin sabitləşməsində kömək etməyə hazır olmasının əlamətləri yaranıb. Bundan əvvəl ABŞ Suriya hökumətini İraq ərazisindəki yaraqlıları dəstəkləməkdə ittiham edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG