Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:13

Gürcüstanla Azərbaycan arasında ekologiya sahəsində əməkdaşlıqla bağlı niyyət protokolu imzalanıb


Gürcüstanla Azərbaycan arasında 1997-ci ildə imzalanmış «Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş»in qüvvəsinin dayandırılması və yeni sazişin imzalanmasına dair ilkin razılaşma əldə edilib.


Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər naziri David Tkeşelaşvilinin Bakıya səfərində belə razılıq əldə olunub. Fevralın 21-də gürcü həmkarı ilə birgə mətbuat konfransı keçirən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun dediyinə görə, gürcü həmkarı ilə Kür və Alazan çayları boyunca hidroloji monitorinq sisteminin, Zaqatala qoruğu və Laqodexi milli parkının bazasında regional mühafizə ərazisinin yaradılması və biomüxtəlifliyin qorunması ilə bağlı məsələlər müzakirə olunub.


Gürcüstanla Azərbaycan arasında ekologiya sahəsində əməkdaşlıqla bağlı niyyət protokolu da imzalanıb.


XS
SM
MD
LG