Hərbi xidmətdə olan övladlarının incidilməsi ilə bağlı valideynlərin müraciətləri az olmur. Bu barədə Ombudsman Elmira Süleymanova məlumat verib. O, bildirib ki, son vaxtlar orduda baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinə müraciət edib. Xanım Süleymanova deyir ki, hələlik sonuncu müraciətlərinə nazirlikdən heç bir cavab gəlməyib: «Ümumiyyətlə, ordu ilə bağlı hər hansı hadisə baş verəndə, əsgərlərin incidilməsi halları olanda və yaxud da valideynlər müraciət edəndə biz Müdafiə Nazirliyinə məktub ünvanlayırıq». Ombudsman onu da deyir ki, əksər vaxtlarda belə müraciətləri Müdafiə Nazirliyi təkzib edir. Buna baxmayaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirirlər.
Azadlıq Trend
1
'Rusiya ordusunun Cənubi Qafqazda sülhə töhfə verdiyini görməmişik' – Dövlət Departamenti
2AzadlıqRadiosunda iş imkanları
3Zatulin: Rusiya sülhməramlılarının Qarabağda nə işi var?
4Fransa Azərbaycandakı səfirini geri çağırıb
5Akif Çovdarovun 30 milyon manatlıq əmlakına dair yeni qərar: 9 il davam edən çəkişmə bitdi
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.