Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:16

Türkmənistanda polisə və təhlükəsizlik orqanlarına da nəzarət olacaq


Türkmənistanın yeni prezidenti polisə və təhlükəsizlik orqanlarına nəzarət komissiyası yaradır. Qurbanqulu Berdıməhəmmədov deyib ki, komissiya əhalinin hüquq-mühafizə orqanlarından olan şikayətlərini araşdıracaq. Hələ bilinmir ki, yeni komissiyanın nə səlahiyyəti olacaq. Güman edilir ki, komissiyaya Ali Məhkəmənin sədri, siyasətçilər daxil olacaq.


Bu yaxınlarda yeni prezident Türkmənistanda İnternetə qoyulan qadağanı da ləğv edib.


XS
SM
MD
LG