Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:01

İranda Ana Dili Günü münasibətilə şüarlar yayılıb


Həbs edilən fəalların sayı get-gedə artır
Həbs edilən fəalların sayı get-gedə artır

İran Azərbaycanının müxtəlif şəhərlərində gizli şəkildə yayılan elanlarda Beynəlxalq Ana Dili Günü münasibətilə əhali aksiyalara dəvət edilir


. Bu elanlarda fevralın 21-də Tehran, Təbriz, Ərdəbil, Urmiyənin və başqa şəhərlərin müxtəlif meydanlarında müəyyən saatlarda ana dilində təhsil və dil hüquqlarının təmin edilməsi tələbi ilə nümayiş təşkil ediləcəyi bildirilir.

Lakin, verilən məlumatlara əsasən mədəniyyət ocaqları və tələbə təşkilatlarının müəyyən dinc yığıncaqlar uçun rəsmi orqanlara müraciətlərinin hamısı rədd edilib. Həbs edilən fəalların sayı get-gedə artır. Fevralın 18-dən Təbriz, Urmiyə, Ərdəbil, Şəbüstər, Xoy və Əhər şəhərlərində 30-a yaxın Azərbaycanlı nəzarət altına alınıb, bunların bəzisi azad edilsə də ən azı 15 fəalın hazırda ETTELAAT-ın təcridxanasında saxlanıldığı güman olunur.


İranın dini mərkəzi sayılan və əksəriyyəti fars əhalisindən ibarət olan Qum şəhərinin küçə divarlarında İranda Azərbaycan dilinin rəsmiləşməsi tələbi ilə azərbaycanca müxtəlif şuraların yazıldığı xəbər verilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG