Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:26

Bakı sakinlərinin 60-65 faizi «Bakıelektrikşəbəkə»yə borcludur


«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin 600 minə yaxın abonenti var

«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin 600 minə yaxın abonenti var

«Bakı sakinlərinin 60-65 faizi «Bakıelektrikşəbəkə»yə borcludur. Bunu həmin qurumun İdarə Heyətinin sədri Baba Rzayev deyir. Onun sözlərinə görə, paytaxtda son zamanlar elektrik enerjisinə görə ödəniş edənlərin sayı artıb, amma elə abonentlər də var ki, onlarla iş aparılır: «Bəzi abonentlərimiz ya imkansızlıqdan, ya da ki, etinasızlıqdan ödəmə etmirlər, amma biz də onlarla ciddi məşğul oluruq».


Cənab Rzayev onu da deyir ki, «Barmek»lə bağlı təhvil-təslim sənədlərində müəyyən çatışmazlıqlar var. O, məsələ ilə bağlı ətraflı məlumat üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət etməyi məsləhət görür.


Hazırda «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin 600 minə yaxın abonenti var.


Günün bütün mövzuları

XS
SM
MD
LG