Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:00

Amerika hinduları ilə Sibir sakinlərinin mənşəyi eynidir


Belə DNT ardıcıllığına başqa Asiya xalqlarının heç birində rast gəlinməyib

Belə DNT ardıcıllığına başqa Asiya xalqlarının heç birində rast gəlinməyib

Devis Kaliforniya Universitetinin alimləri aşkarlayıb ki, Rusiyanın Şərq rayonlarının yerli sakinlərinin unikal DNT (Dezoksiribonuklein Turşusu) ardıcıllığı Şimali Amerika hinduları ilə eynilik təşkil edir.


«9RA-ardıcıllıq» kimi də tanınan doqquz DNT həlqəsi, bütün yerli Amerika xalqlarının ən azı bir nümayəndəsində, Şərqi Sibirdə isə iki xalqda tapılıb. DNT-nin bu ardıcıllığına tədqiqat obyektinə çevrilən başqa Asiya xalqlarının heç birində rast gəlinməyib.


Bu kəşf belə bir fərziyyəni təsdiqləmiş olur ki, Amerika və Sibirin yerli sakinləri indiki Berinq boğazı ərazisində yaşamış eyni bir xalqdan törəyiblər.


Bundan əlavə, «9RA» ardıcıllığının Şimali Amerikanın bütün hindu tayfalarında mövcudluğu onların ümumi mənşəyindən xəbər verir. Əvvəllər diş quruluşundakı və dillərindəki fərqlərə əsaslanaraq, bəzi tədqiqatçılar müxtəlif hindu tayfalarının ayrı-ayrı kökləri olduqlarını ehtimal edirdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG