Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:35

İran prezidenti Qərb ölkələrinə nüvə proqramlarını dayandırmağı təklif edir


İran özünün nüvə proqramına dair danışıqlara hazırdır, amma əvvəlcə uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaq tələbini rədd edir.


İran prezidenti Mahmud Əhmədinejad yenidən belə bəyanatla çıxış edib. O, əlavə edib ki, əgər Qərb ölkələri Tehranın öz nüvə proqramını dayandırmasını istəyirsə, bunu onlar da etməlidirlər.


Fevralın 21-də BMT Təhlükəsizlik Şurasının İrana verdiyi ultimatum başa çatır. BMT uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasını tələb edir, əks-halda İranı yeni sanksiyalarla hədələyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG