Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48

Bahəddin Həziyevə müalicəsi üçün yardım göstərilib


Bahəddin Həziyevə hücum edən şəxslər hələ də tapılıb məsuliyyətə cəlb olunmayıblar

Bahəddin Həziyevə hücum edən şəxslər hələ də tapılıb məsuliyyətə cəlb olunmayıblar

Böyük Britaniyanın Rori Peka Fondu «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin müalicəsini davam etdirmək üçün ona maddi yardım göstərib. Bahəddin Həziyev «Azadlıq» radiosuna bildirib ki, bu barədə fonddan məlumat alıb. Vəsait artıq onun bank hesabına köçürülüb.


Bir neçə ay əvvəl isə Bahəddin Həziyevə müalicəsini davam etdirmək üçün Sərhədsiz Reportyorlar Təşkilatı maddi yardım göstərib.


Cənab Həziyev deyir ki, bu yardımlar onun tam müalicə olunub ayağa qalxmasına imkan yaratmasa da, vəziyyətinin yaxşılaşmasına xeyli kömək edir.


Bahəddin Həziyev ötən ilin may ayında naməlum şəxslər tərəfindən oğurlanaraq döyülmüşdü. Hadisə zamanı onun ayaq sümükləri sınmış və ciddi bədən xəsarəti almışdır. Ona hücum edən şəxslər hələ də tapılıb məsuliyyətə cəlb olunmayıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG