Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Azərbaycanlı alimin kəşfi


Canlı orqanizmlərdə xərçəng hüceyrələrini təyin edən biosensor uğurla sınaqdan keçirilib

Canlı orqanizmlərdə xərçəng hüceyrələrini təyin edən biosensor uğurla sınaqdan keçirilib

Azərbaycanlı həkim Vüqar Yaqublu və alman həkimi Kizi Mixael (Keese Michael) tərəfindən xərçəng hüceyrələrinin proqramlaşdırılmış ölümünün (Apoptozun) canlı orqanizmlərdə təyin edilməsini mümkün edən biosensor kəşf edilib. Kəşf uğurla sınaqdan keçirilib.


Hazırlanmış biosensor imkan verir ki, yeni dərman maddələrinin effektivliyi sınaqdan keçirilsin, eyni zamanda xərçəng hüceyrələrində dərmanlara qarşı yaranan reziztentliyin mexanizmi öyrənilsin. Gələcəkdə bu sensor xərçəng əleyhinə müalicə alan insanlar üçün individual müalicə taktikasının işlənib hazırlanmasında da tətbiq edilə biləcəkdir.


Bu kəşfə görə, Vüqar Yaqublu fevralın 17-də Almaniyanın Heydelberq Universitetinin Elmi Şurasının qərarı ilə Tibb Doktoru elmi dərəcəsinə layiq görülüb və diplomla təltif edilib.


Heydelberq Universitet Klinikası dünyanın ən nüfuzlu tibb ocaqlarından biridir. Topçubaşov adına Kliniki Təbabət Elmi Tədqiqat İnstitutunun əməkdaşı olan Vüqar Yaqublu 1995-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2002-ci ildən Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahiyyə klinikasında çalışır.


Günün bütün mövzuları

XS
SM
MD
LG