Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

«Şahdəniz» yatağındakı ikinci quyu istismara verilib


«Şahdəniz» layihəsi - TPG 500 platformasının səmadan görünüşü Foto: BP

«Şahdəniz» layihəsi - TPG 500 platformasının səmadan görünüşü Foto: BP

Fevralın 20-si səhər Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz-kondensat yatağındakı ikinci quyu istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev «Azadlıq» radiosuna bildirib ki, artıq «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti quyudan hasil olunan qazı qəbul etməyə başlayıb.


Bu günlərdə Energetika və Sənaye naziri Natiq Əliyev demişdi ki, «Şahdəniz»də ikinci quyu istismara veriləndən sonra üçüncü, daha sonra isə dördüncü quyuda iş aparılacaq.


«Şahdəniz» yatağındakı birinci quyudan qaz hasilatı ötən ilin dekabrında başlamışdı. Ancaq sonradan həmin quyuda texniki problemlər yarandığı üçün orada iş dayandırıldı. Bu barədə jurnalistlərə məlumat verərkən Natiq Əliyev bildirmişdi ki, həmin quyuda sızmalar olduğu üçün orada müəyyən təhlükə mövcuddur. Ona görə də, yaranmış problemi ehtiyatla aradan qaldırmaq lazımdır. Nazirin sözlərinə görə, dördüncü quyu istismara verildikdən sonra birinci quyuda işə başlanacaq. Və bu iş martın 5-dən o yana keçməyəcək.


«Şahdəniz» yatağından hasil olunan təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyə arasında bölüşdürülməsi nəzərdə tutulur.


Günün bütün mövzuları

XS
SM
MD
LG