Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:16

Xocalı hadisələri ABŞ-da anılır


Konqresmen Bil Şuster qaçmağa çalışan mülki sakinlərin öldürüldüyünü vurğulayır
Konqresmen Bil Şuster qaçmağa çalışan mülki sakinlərin öldürüldüyünü vurğulayır

Amerika-Azərbaycan Cəmiyyəti Xocalı qırğınının 15-ci ildönümünü anmaq üçün Vaşinqton və Nyu-Yorkda mitinq keçirilməsinə icazə alıb. Cəmiyyətin prezidenti Tomris Azərinin bildirdiyinə görə, fevralın 23-də ABŞ paytaxtında yürüş keçirmək üçün təşkilati işlər artıq başa çatıb və Şəhər Polis Departamentindən və DövlətPark Xidmətindən icazə alınıb. Xanım Azərinin sözlərinə görə, Türkiyə-Amerika Cəmiyyətinin nümayəndələrindən də bu yürüşə qatılan fəallar olacaq.


Amerika-Azərbaycan Cəmiyyəti fevralın 26-da Nyu-Yorkda bənzər yürüş planlaşdırır. Qurum bu yolla Amerika ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi barədə daha ətraflı məlumatlandırılacağını güman edir.


Münaqişənin ilk dövrlərində azərbaycanlılar Qərbin və Birləşmiş Ştatların birtərəfli məlumatlandırılmasından şikayətlənirdilər. 1992-ci ildə Azadlığı Müdafiə Aktına edilən 907 saylı düzəlişi də Azərbaycanda çoxları Konqresdəki erməni qrupunun fəaliyyəti ilə və Birləşmiş Ştatların siyasətçilərinin birtərəfli məlumatlandırılması ilə izah edirdilər.


Amma son vaxtlar Konqresdə Azərbaycan qrupunun formalaşmasına doğru addımlar atıldığı görsənir. Pensilvaniyalı konqresmen Bil Şuster Nümayəndələr Palatasında fevralın 15-dəki çıxışında daha çox hadisələr barədə Azərbaycan tərəfin versiyasını önə çəkib. Konqresin rəsmi saytında çıxışın stenoqramı verilib. Çıxışda deyilir ki, Azərbaycanın hazırda erməni qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhəri etnik azərbaycanlı mülki sakinlərin ən çox qırıldığı yer idi.


Daha sonra Şuster rəqəmlər göstərir: «HRW və başqa beynəlxalq müşahidəçilərə görə, etnik erməni qüvvələrinin törətdiyi bu qırğına Rusiyanın 366-cı motoatıcı diviziyası kömək edib. Bu cinayət 613 mülki sakinin, o cümlədən, 106 qadının, 63 uşağın və 70 qocanın ölümünə, 1275 nəfərin girov götürülməsinə səbəb olub. 150-dən çox adamdan isə soraq yoxdur».


Konqresmen qaçmağa çalışan mülki sakinlərin öldürüldüyünü vurğulayır.


Amerika-Azərbaycan Cəmiyyəti həmin çıxışı alqışladığını bildirən bəyanat yayıb. Tomris Azərinin sözlərinə görə, vaxtaşırı Amerikadakı erməni fəalları onlara yazılı müraciətlərində Xocalıda qırğın olmadığını, bunların uydurma olduğunu deyirlər. Xanım Azəri hadisələr yaxın keçmişdə baş verdiyi üçün Xocalı qırğınının uydurma olmasına dünyanı inandırmağın mümkün olmadığını bildirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG