Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:08

Ana Dili Günü ərəfəsində İran Azərbaycanında həbslər vüsət alır


Jurnalist İsmayıl Cavadi qeyri-qanuni şəkildə nəzarət altına alınıb

Jurnalist İsmayıl Cavadi qeyri-qanuni şəkildə nəzarət altına alınıb

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMƏK) verdiyi məlumata görə Urmiyənin tanınmış jurnalisti və «Fərday-e Ma» (Sabahımız) adlı həftəlik jurnalın redaksiya heyətinin üzvü İsmayıl Cavadi qeyri-qanuni şəkildə nəzarət altına alınıb. Daha sonra təhlükəsizlik idarəsinin əməkdaşları onun evində axtarış apararaq, kitab, əl yazıları və kompyuterini müsadirə ediblər.


Urmiyənin mərkəzində yerləşən dükan sahiblərindən beşi-Əhməd Qureyşi, Əbülfəzl Alilu, Məhərrəm Hüseyni Kiya və onun iki oğlu Hüseyn və Cəfər Hüseyni Kiya iş yerlərində tutulub, nəzarət altına alınıblar. Onların da dükan və şəxsi əşyaları müsadirə olunub.


Urmiyədə baş verən bu son həbslərin səbəbi və tutulan şəxslərin harada saxlanıldığı bəlli deyil. Lakin, bunun Ana Dili Günü tədbirləri ilə əlaqədar olduğu güman edilir.


Fevralın 18-də təhlükəsizlik idarəsi ETTELAAT-ın əməkdaşları Təbrizin qocaman musiqiçi və mədəniyyət xadimi Həsən Ərki nəzarət altına alıblar. Bu hadisədə onu ziyarət edən başqa bir şəxsin də tutulduğu bildirilir.


Ərdəbildə alınan son xəbərlərdə Abbas Lisaninin həbsinə etiraz edən fəallardan Davud Məhəmmədi, Hüseyn Məhəmmədi və Peyman Bəhraminin də nəzarət altında saxlanıldığı təsdiq edilir. Fevralın 8-də həmin etirazda iştirak etdiyinə görə həbs edilən Həsən Əsədinin taleyi naməlum olaraq qalır. Bu şəxslərdən heç kimin harada saxlandığı aydın deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG