Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Rusiya ortamənzilli raketlərin istehsalını bərpa edə bilər


Rusiya zərurət yaranarsa, qısa müddətdə ABŞ-ın Polşa və Çexiyada Raket Əleyhinə Müdafiə Sistemləri yerləşdirmək niyyətinə qarşı cavab addımları atacaq.


Bunu Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının komandanı Nikolay Solovtsov bildirib. Onun sözlərinə görə, «Ortamənzilli raketlərin qarşılıqlı ixtisarı haqqında» Rusiya-Amerika müqaviləsindən çıxmaq barədə siyasi qərar verilərsə, bu tip raketlərin istehsalı bərpa oluna bilər.


Polşa və Çexiyanın Baş nazirləri – Yaroslav Kaçinski və Miroslav Topolanek bəyan ediblər ki, ABŞ-ın onların ərazilərində Raket Əleyhinə Müdafiə Sistemləri yerləşdirmək təklifinə çox ehtimal ki, razılıq verəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG